Hindistan və Pakistan həddindən artıq istilərlə üzləşib

30-04-2022, 08:45           
Hindistan və Pakistan həddindən artıq istilərlə üzləşib
Pakistanın iqlim dəyişiklikləri naziri Şerri Rəhman səlahiyyətliləri dəhşətli istilərlə mübarizə aparmaq üçün tədbirlər görməyə çağırıb.

Bu barədə “Report” “Channel News Asia” agentliyinə istinadən xəbər verir.

Onun sözlərinə görə, aprel ayının əvvəlindən Cənubi Asiya, xüsusilə Hindistan və Pakistanda rekord istilər qeydə alınıb. Belə ki, Pakistanın bəzi bölgələrində havanın hərarəti 47 dərəcəyədək yüksəlib.

Hindistan Səhiyyə Nazirliyi bildirib ki, həddindən artıq istilərlə bağlı sağlamlıq problemləri ölkə hakimiyyətini COVID-19-un gözlənilən növbəti dalğasından daha çox narahat edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru