Rusiya tələsir, ordunu bu istiqamətə göndərir

30-04-2022, 09:48           
Rusiya tələsir, ordunu bu istiqamətə göndərir
Rusiya qüvvələri Donbasdakı hücum planından geridə qalır və on minlərlə Ukrayna əsgərini mühasirəyə almaq məqsədindən uzaqdır.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti Pentaqonun yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

Pentaqon rəsmisi bildirib ki, hazırda Rusiyanın Ukraynanın şərqində və cənubunda döyüşən 92 alay qrupu var. Bu, bir həftə əvvəlki 85-dən çoxdur, lakin hələ də müharibənin birinci mərhələsində istifadə etdiyi 125-dən azdır. Hər bir alayda 700-1000 arası əsgər var.

Onun sözlərinə görə, Rusiya hərbçiləri tələsir və bunu xüsusən Mariupolda döyüşən onlarla alayın bir neçəsinin Donbasın şimal-şərqində gedən daha böyük hərbi əməliyyatlara cəlb edilməsi təsdiqləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru