Hücuma keçən ruslara pis sürpriz – "Qonaqpərvərliklə" qarşılandılar...

30-04-2022, 11:15           
Hücuma keçən ruslara pis sürpriz –
Rus paraşütçüləri Luqansk vilayətində Ukrayna Silahlı Qüvvələrin mövqelərinə hücum ediblər, amma yalnız yeddi işğalçı sağ qala bilib. Teref.az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Luqansk vilayətin hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.

“Qoşunlarımızın mövqeləri düşmən ordusunun paraşütçülərinin hücumuna məruz qalıb. Onları mexanikləşdirilmiş briqadamızın əsgərləri “qonaqpərvərlik”lə qarşılayıblar, nəticədə yalnız yeddi işğalçı sağ qala bilib, qalanları məhv edilib”, - Qayday bildirib.

Onun sözlərinə görə, ruslar Severodonetsk və Popasnya istiqamətlərində hücuma keçməyə çalışırlar:

"Severodonetskə hücuma hazırlaşan ruslar Rubijne və Popasnanı tamamilə ələ keçirmək istəyirlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru