Britaniya Müdafiə Nazirliyi: Putin mayın 9-da ümumi səfərbərlik elan edə bilər...

30-04-2022, 11:32           
Britaniya Müdafiə Nazirliyi:
Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin mayın 9-da ümumi səfərbərlik elan edə bilər.

Onun sözlərinə görə, qələbə günü Putin “xüsusi əməliyyat” ifadəsindən imtina edə və tammiqyaslı “müharibə” elan edə bilər – lakin Ukraynaya qarşı yox, “dünya nasizmi” və NATO-ya qarşı.

“Biz bu yaxınlarda Putindən bir sıra bəyanatlar gördük ki, bu, vəkalət müharibəsinə çevrilir, nasistlər isə hər yerdədir. Təkcə Ukraynada deyil, bütün NATO nasistlərlə doludur”, - deyə Uolles bildirib.

Uolles davam edərək bildirib ki, Putin "daha çox insana, daha çox top yeminə" ehtiyacı olduğunu söyləyə və rusları kütləvi şəkildə səfərbər etməyə çalışa bilər.

Uolles vurğulayıb ki, bu mövzuda konkret məlumatı yoxdur, lakin Kreml belə bir addım atmağa qərar verərsə, “təəccüblənməyəcək”.

Uollesin fikrincə, kütləvi səfərbərlik müharibədə Putinə kömək etməyəcək. “Onun generallarının səriştəsizliyi və (Putinin) eqosu ucbatından minlərlə insanı ölümə göndərdiklərini nəzərə alsaq, bu, “pafoslu cəhd” olacaq”, - deyə nazir bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru