Almaniya qaz ödənişini rublla etməkdən imtina edib

1-05-2022, 11:07           
Almaniya qaz ödənişini rublla etməkdən imtina edib
Almaniya maliyyə naziri Kristian Lindnerin şənbə günü, 30 aprel tarixində verdiyi bəyanata görə, ölkə Moskvanın tələblərinə əməl etmək niyyətində deyil və Rusiyadan qaz tədarükü üçün ödənişi rublla etməyəcək.

“Gələcəkdə də qaz üçün ödənişi rublla etməyəcəyik” – deyə nazir qeyd edib.

O, həmçinin vurğulayıb ki, Almaniya hakimiyyəti “Rusiyadan asılılıqdan mümkün qədər tez xilas olmaq üçün (enerji təchizatı məsələlərində)” bütün tədbirləri görür.

Kristian Lindner Berlinin daha öncələr də rublla ödəniş etmək istəməməsi barədə fikir bildirib və qeyd edib ki, “müqavilə müqavilədir. Müqavilələr dollar və evroya əsaslanıb və bu səbəbdən də şirkətlər dollar və ya evro ilə ödəniş etməlidirlər”.

Mənbə: Rambler.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru