Almaniya aclıqla üzləşən ölkələrə yardım edəcəyinə söz verib

2-05-2022, 00:06           
Almaniya aclıqla üzləşən ölkələrə yardım edəcəyinə söz verib
Almaniya Ukrayna hadisələrinə görə aclıq problemi ilə üzləşə biləcək ölkələrə yardım etmək niyyətindədir.

“Report” xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“İndi biz aclıqdan əziyyət çəkəcək, öz əhalisi üçün taxıl almağa gücü çatmayan dövlətlərin olmasından narahat olmalıyıq. Biz bu kasıb ölkələri tərk etməyəcəyik, onlara dəstək olacağıq”, - kansler bildirib.

Kanslerin sözlərinə görə, hazırda əsas taxıl tədarükçülərindən biri olan Ukrayna ixrac imkanları məhduddur.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) daha əvvəl məlumat vermişdi ki, dünya ərzaq qiymətləri mart ayında 12,6% artaraq ən azı 1990-cı ildən bəri rekorda imza atıb. Buna bitki yağlarının, dənli bitkilərin və ətin rekord qiymət artımı, şəkər və süd məhsullarının qiymətlərinin əhəmiyyətli dərəcədə artması səbəb olub. Belə ki, fevral ayı ilə müqayisədə bitki yağının (günəbaxan, xurma, soya və kolza) qiymət indeksi 23,2 faiz, dənli bitkilərin qiymət indeksi 17,1 faiz, o cümlədən buğdanın (19,7 faiz), şəkərin qiymət indeksi 6,7 faiz artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru