Bu ölkə Rusiya ilə sərhədə hasar çəkəcək

1-05-2022, 21:38           
Bu ölkə Rusiya ilə sərhədə hasar çəkəcək
Finlandiya Rusiya sərhədinin kritik hissələrində daha effektiv sərhəd maneələrinin quraşdırılmasını planlaşdırır.
Teref.az xəbər verir ki, bu barədə “MTV3” kanalı məlumat yayıb.

Şimali Kareliyanın Sərhəd Mühafizəsinin komandanı Marko Turunen bildirib ki, bu çox vacib qərardır:

“Şərq (Rusiya) sərhədində ya əsas ərazilərdə, ya da onlarla sərhədin çox hissəsini əhatə etmək üçün hasarlar çəkməyə başlamaq barədə qərarın verilməsi əhəmiyyətlidir. Bu, bizim üçün böyük dəyişiklikdir, ona görə də daha yüksək səviyyədə qərarlar tələb edir”.

Onun sözlərinə görə, yüksək riskli ərazilər və kritik zonalar, məsələn, sərhəd-keçid məntəqələri və onlara yaxın ərazilər üçün sərhəd maneələri nəzərdə tutulub. (Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru