İrəvan qarışdı: Müxalifət itaətsizlik aksiyalarına start verdi – FOTO

2-05-2022, 08:35           
İrəvan qarışdı: Müxalifət itaətsizlik aksiyalarına start verdi – FOTO
Bu gün İrəvanın “Fransa” meydanında Müqavimət Hərəkatının Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə genişmiqyaslı mitinqi keçirilib.

Mitinqə Ermənistanın ikinci prezidenti Robert Köçəryan, parlamentdəki “Şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan, Daşnaksutyun Partiyasının üzvləri, 5165 hərəkatının üzvləri və digər qüvvələr qatılıb.

Müxalif qüvvələr bazar ertəsi genişmiqyaslı itaətsizlik aksiyalarına başlayacağını bəyan edib.

Parlamentin vitse-spikeri, “Daşnaksütyun” partiyasının idarə heyətinin nümayəndəsi İşxan Saqatelyan deyib ki, “Fransa” meydanını tərk etməyəcəklər.

“Əziz həmvətənlər, biz hamımız “Fransa” meydanında qalacağıq, bir müddət sonra burada çadırlar qurulacaq. Sabah səhər saat 08:30-da genişmiqyaslı itaətsizlik aksiyalarına başlayacağıq. Bir neçə gündən sonra biz baş nazir Nikol Paşinyanın istefasına nail olacağıq”













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru