Çexiya Prezidenti: “Ukraynaya hücum Rusiyanı məhv edəcək”

2-05-2022, 08:40           
Çexiya Prezidenti: “Ukraynaya hücum Rusiyanı məhv edəcək”
“Ukraynaya hücum Rusiyanı iqtisadi, siyasi və reputasiya baxımından məhv edəcək”.

“Report” xəbər verir ki, bunu Çex Respublikasının Prezidenti Miloş Zeman bəyan edib.

“Lakin Ukraynaya hücum yenə də siyasətçilərin məntiqsiz hərəkətləri və dəli kimi davranmaları səbəbindən baş verdi. Dəlini isə təcrid etmək lazımdır”, - deyə o, qeyd edib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin ölkəsinin hər şeyə qadir olması və ordusunun dünyanın ikinci ən güclü ordusu olması illüziyasına qapıldı:

“Hesab edirəm ki, hər bir ölkə öz milli maraqlarını müdafiə edir, lakin bu maraqlar qısamüddətli və uzunmüddətlidir. Etiraf edirəm ki, rusların tamamilə irrasional, gözlənilməz, daha aqressiv və düşündüyümdən daha az avropalı olduqları ortaya çıxdı”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru