Livan ABŞ-dan yardım istəyib

2-05-2022, 10:22           
Livan ABŞ-dan yardım istəyib
Livanın baş nazirinin müavini Saade al-Şami ölkəsinin Misirdən qaz idxalı üçün ABŞ-dan yardım istəyib.

Livan baş nazirinin müavini Saade al-Şaminin mətbuat xidmətindən verilən yazılı açıqlamada, baş nazirin müavininin ötən həftə Vaşinqtonda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (BVF) Toplantılarına qatıldığı bildirilib.

Qeyd olunub ki, ABŞ Dövlət və Xəzinə nazirliklərinin rəsmiləri ilə görüşən Şami Livanın Misirdən qaz idxalı üçün Vaşinqton administrasiyasından kömək istəyib, həmçinin beynəlxalq ictimaiyyətdən maliyyə kəsirinin bağlanmasını istəyib.

Bildirilib ki, BVF və Dünya Bankı rəsmiləri ilə keçirilən görüşlərdə Misirdən qaz təchizatı üçün ayrılacaq kreditlər və Dünya Bankının Livana dəstək proqramları müzakirə olunub.

Ölkədəki elektrik böhranını həll etmək üçün İordaniya və Misirlə razılığa gələn Beyrut rəhbərliyi Dünya Bankının layihə üçün maliyyə dəstəyi qərarının yekun təsdiqini gözləyir.

ABŞ administrasiyası da Livanda dərin enerji böhranı məsələsini həll etmək məqsədilə İordaniya və Misir hökumətləri ilə danışıqlar aparıb.

Lakin Vaşinqtonun bu problemin nizama salınmasında Suriyanın iştirakına müsbət yanaşmadığı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru