SAAKAŞVİLİ AİLƏSİNİN HÖKUMƏTƏ VERDİYİ VAXT BİTİR – Eks-prezidentin ailə üzvləri bu gün bəyanatla çıxış edəcəklər

2-05-2022, 13:38           
SAAKAŞVİLİ AİLƏSİNİN HÖKUMƏTƏ VERDİYİ VAXT BİTİR – Eks-prezidentin ailə üzvləri bu gün bəyanatla çıxış edəcəklər
Bu gün Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin ailəsinin hökumətə verdiyi müddət başa çatır. Qafqaz.media-nın xəbər verdiyi kimi, ailə saat 18.00-a kimi hakimiyyətdən Saakaşvilini xaricə müalicəyə göndərməyə hazır olub-olmadığına dair cavab gözləyir.

Qeyd edək ki, saat 18.00-da ultimatum müddəti bitdikdən sonra Saakaşvili ailəsi Prezident Kitabxanasında bəyanatla çıxış edəcək.

Xatırladaq ki, bir neçə gün əvvəl Saakaşvili ailəsi hakimiyyətə onun xaricəd müalicəsi ilə bağlı qərar qəbul etmək üçün konkret müddət verib. Ailənin üzvləri Rustavidəki 12-ci cəzaçəkmə müəssisəsinin qarşısında bəyanatla çıxış ediblər.

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin qardaşı David Saakaşvili bəyan edib ki, xalq müdafiəçisinin yaratdığı həkimlər şurasının Mixail Saakaşvilinin səhhəti ilə bağlı rəyi onun vəziyyətinin son dərəcə ağır olduğunu göstərir.

David Saakaşvili ictimaiyyətə və siyasi partiyalara müraciət edərək, ailəyə Mixail Saakaşvilinin həyatını xilas etməkdə köməklik göstərməyə çağırıb.

“Bütün ailə adından deyirəm ki, Mişanın müalicə üçün xaricə köçürülməsini təmin etmək üçün hökumətimizə bazar ertəsi saat 18:00-a qədər vaxt veririk. Artıq zaman yoxdur və nəticə ölümcül ola bilər. Bazar ertəsi axşamına qədər bu tələblər yerinə yetirilməsə, daimi aksiyalar elan edəcəyik, sonra isə böyük aksiya keçirəcəyik ki, Mişa azadlığa buraxılsın və müalicə olunsun, normal həyata qayıtsın", - David Saakaşvili deyib.

Qafqaz.media












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru