Rusiya səfiri İsrail XİN-ə çağırıldı - LAVROVUN SÖZLƏRİNƏ GÖRƏ

2-05-2022, 15:40           
Rusiya səfiri İsrail XİN-ə çağırıldı - LAVROVUN SÖZLƏRİNƏ GÖRƏ
Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatı ilə əlaqədar İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə İsrail XİN məlumat yayıb.

“Rusiya xarici işlər naziri Sergey Lavrovun hədsiz iradlarına görə, Xarici İşlər Nazirliyi Rusiya səfirini Avro-Asiya departamentinin baş direktorunun müavini ilə izahat söhbətinə çağırıb”, - deyə məlumatda qeyd olunub.

Sergey Lavrov İtaliyanın “Mediaset” televiziyasına müsahibəsində Vladimir Zelenskinin "Mən yəhudiyəm, bizdə necə nasizm ola bilər?! “ arqumenti irəli sürdüyünü, amma müdrik yəhudi xalqının "ən qatı antisemitlər bir qayda olaraq yəhudi olurlar" dediyini ifadə edib.

İsrailin xarici işlər naziri Yair Lapid rusiyalı həmkarının sözlərini “bağışlanmayan və hədsiz bəyanat, həm də dəhşətli tarixi səhv” adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru