“Valeri Gerasimov ötən həftə Ukraynada olub” - PENTAQON

3-05-2022, 00:00           
“Valeri Gerasimov ötən həftə Ukraynada olub” - PENTAQON
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ötən həftə Ukraynada olub.

APA-nın xəbərinə görə, bu barədə CNN-ə ABŞ Müdafiə nazirliyinin adı açıqlanmayan rəsmisi məlumat verib.

“Biz onun ötən həftə bir neçə gün üçün Donbasda olduğunu bilirik. Lakin onun hələ də orada olub-olmasını bilmirik”, - deyə rəsmi bildirib.

Pentaqon rəsmisi ABŞ-ın rusiyalı generalın yeri ilə bağlı əminliyinin səbəbini açıqlamaqdan imtina edib.

Qeyd edək ki, ötən gün Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Ukrayna ərazisində, Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında yaralanması ilə bağlı xəbərlər paylaşılıb. 66 yaşlı generalın sağ ayağının yuxarı üçdə bir hissəsində sümük sınığı olmayan qəlpə yarası aldığı, lakin həyati təhlükəsi olmadığı bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru