Fransa Ukraynaya 100 milyon avroluq silah göndərir
2-05-2022, 21:08
Fransa Kiyevə ümumi dəyəri 100 milyon avro olan hərbi yardım göndərib və yeni tədarüklər planlaşdırır.
Bu barədə Yelisey sarayının yaydığı məlumatda bildirilir.
“100 milyon avro dəyərində öldürücü və qeyri-öldürücü hərbi yüklərin tədarükü həyata keçirilib. Fransa əlavə hərbi imkanlar verməyə davam edəcək”, – deyə məlumatda qeyd olunur.
Fransa silahla yanaşı, tibbi ləvazimatlar, çadırlar, gigiyena dəstləri və ərzaq da daxil olmaqla, ümumi dəyəri 100 milyon avro olan təxminən 615 ton humanitar yardım göndərib.