İspaniyanın baş nazirinin telefonunu casus proqramı ilə sındırdılar

3-05-2022, 09:08           
İspaniyanın baş nazirinin telefonunu casus proqramı ilə sındırdılar
Mətbuatda Kataloniyanın müstəqilliyi tərəfdarlarının 60-dan çoxunun “NSO Group” tərəfindən hazırlanmış “Pegasus” proqramı vasitəsilə kibercasusluğun qurbanı olması ilə bağlı xəbərlərin yayılmasından sonra ölkədə polemika yaranıb.

İspaniyanın Baş naziri Pedro Sançes və müdafiə naziri Marqarita Roblesin telefonları “Pegasus” casus proqramından istifadə edilərək sındırılıb. Bu barədə bazar ertəsi keçirilən mətbuat konfransında Baş Nazirlik Aparatının rəhbəri, Məhkəmələr və Tarixi Yaddaş naziri Feliks Bolanos bildirib.

“Hökumət Milli Kriptologiya Mərkəzinin iki texniki hesabatı barədə ədliyyə orqanlarını xəbərdar edib. Belə ki, baş nazirin və müdafiə nazirinin cib telefonları “Pegasus” - telefona daxil olmaq imkanı verən proqram vasitəsilə sındırılıb”, – deyə o qeyd edib.

“2021-ci ilin may ayında baş nazirin cib telefonuna iki, 2021-ci ilin iyununda isə müdafiə nazirinin mobil telefonuna bir müdaxilə olub”, – deyən Bolanos bunun xarici hücum olduğuna əmin olduqlarını ifadə edib.

Mənbə: TASS.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru