Hindistan şirkəti Rusiyadan gələn kömürdən imtina edir

3-05-2022, 09:55           
Hindistan şirkəti Rusiyadan gələn kömürdən imtina edir
Hindistanın “Tata Steel” şirkəti Rusiyadan kömür idxalını dayandırmaq qərarına gəlib. Bu qərarın polad şirkətinin Qərbin sanksiyaları altına düşmək istəməməsi ilə bağlı olduğu bildirilir.

Hindistan şirkəti ölkədə kəskin kömür defisitinin olmasına baxmayaraq, Rusiya kömüründən imtina barədə qərar qəbul edib.

Hindistanda elektrik enerjisi istehsalının təxminən 70 faizi kömürün payına düşür. Ölkədə bu növ yanacağın ehtiyatı ilin bu dövrü ilə müqayisədə orta hesabla iki dəfə azalıb. Buna səbəb isə Hindistanda qeydə alınan rekord istilik dərəcəsi olub.

Səlahiyyətlilər artıq ölkə sakinlərinə xəstəxanalar və metrolar da daxil olmaqla mühüm obyektlərdə elektrik enerjisinin kəsintilərlə veriləcəyi ilə bağlı xəbərdarlıq ediblər. “Tata Steel” Ukraynada müharibə əməliyyatları başlayana qədər 617 min ton Rusiya kömürünü idxal edə bilib.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru