Rusiya ordusu 2 saata Kişinyovu götürəcək - Gerasimçuk

3-05-2022, 11:08           
Rusiya ordusu 2 saata Kişinyovu götürəcək - Gerasimçuk
Moldova üçün Rusiyanın işğal etdiyi regiondan - Dnestryanıdan təhlükə var, təcavüzkarın dəstəyi ilə Kişinyov ələ keçirilə bilər.

Teref.az axar.az-a istinadla xəbər verir ki, bunu “Ukrayna prizması” analitik mərkəzinin icraçı direktorunun müavini Sergey Gerasimçuk deyib.

O xatırladıb ki, Rusiya tərəfindən işğal edildiyi üçün Moldova Dnestryanıya nəzarət etmir:

“Hərbi əməliyyat olarsa, Dnestryanıdan hücum ola bilər. Rusiyanın orada saxladığı qüvvələr və əlavə olaraq Dnestryanıdakı qanunsuz silahlı birləşmələr Moldova üçün ciddi problem yaradır. Məsələn, moldovalı həmkarlarım deyir ki, Kişinyovun müdafiəsi iki saatdan çox olmayacaq - bu, qoşunların Dnestryanı ilə inzibati sərhəddən Kişinyova çatması üçün lazım olan vaxtdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru