Putin fərmanı imzaladı – Bundan sonra qeyri-dost ölkələrlə...

3-05-2022, 16:14           
Putin fərmanı imzaladı –
Rusiya Prezidenti Vladimir Putin bəzi xarici dövlətlərin qeyri-dost hərəkətləri ilə əlaqədar fərman imzalayıb.

Ria Novosti xəbər verir ki, fərman Rusiya əleyhinə çıxan ölkələrə cavab iqtisadi tədbirlərini özündə əks etdirir.

Putin həmçinin hökumətə 10 gün ərzində Rusiyanın cavab sanksiyalarına məruz qalan şəxslərin siyahısını müəyyən etməyi tapşırıb.

Putinin fərmanı Rusiya Federasiyasının cavab sanksiyalarına məruz qalmış xarici fiziki və hüquqi şəxslərlə əməliyyatlar aparmağı və öhdəlikləri yerinə yetirməyi qadağan edir. O, həmçinin rəsmi Moskvanın sanksiyaları altında olan şəxslərin xeyrinə Rusiya Federasiyasından xammal və məhsulların ixracını qadağan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru