Ukraynada Qələbə Gününün tarixi dəyişdi

4-05-2022, 00:01           
Ukraynada Qələbə Gününün tarixi dəyişdi
Ukraynanın Ali Radası İkinci Dünya müharibəsində nasizm üzərində Qələbə Gününü və anım mərasimini mayın 9-dan 8-nə keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” 7297 saylı qanun layihəsinə istinadən xəbər verir.

Layihədə bildirilir ki, nasist Almaniyası məhz mayın 8-də təslim olub.

“Ukraynada 9 Mayın Qələbə Günü kimi qeyd edilməsi (xüsusən də 24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya tammiqyaslı işğalı başladıqdan sonra) məntiqsiz və qəbuledilməzdir. Ukrayna İkinci Dünya müharibəsində Nasizm üzərində Qələbə Gününü və həlak olanların xatirəsini bütün Avropa, həmçinin bütün dünya ilə birlikdə mayın 8-də yad etməli, mayın 9-da isə Avropa İttifaqına üzv dövlətlərlə birlikdə Avropa Gününü qeyd etməlidir”, – deyə sənəddə bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru