Kəşfiyyat Putinin planını deşifrə etdi – “Bir neçə günə...”

4-05-2022, 00:06           
Kəşfiyyat Putinin planını deşifrə etdi –
Rusiya-Ukrayna müharibəsinin nə vaxt bitəcəyi qeyri-müəyyən olaraq qalarkən, ABŞ kəşfiyyatı irəliləyişləri səngiyən rus ordusunun yeni strategiyası ilə bağlı diqqətçəkən iddia irəli sürüb.

Teleqraf.com xəbər verir ki, “Vaşinqton Post” kəşfiyyat mənbələrinə istinadən Moskvanın bir neçə gün ərzində qismən separatçı qüvvələrin nəzarətində olan Donetsk və Luqanskla yanaşı, hücumun əvvəlində işğal etdiyi Xerson şəhərini ilhaq edəcəyini iddia edib.

ABŞ-ın ATƏT-dəki nümayəndəsi Maykl Karpenter də bu iddianı təkrarlayıb. Onun sözlərinə görə, kəşfiyyat məlumatları Rusiyanın üç bölgəni ilhaq etməyə hazırlaşdığını ortaya qoyur.

Karpenter deyib ki, bu ayın ortalarında bu üç bölgənin Ukraynadan ayrılaraq Rusiyaya birləşməsi üçün “referendumlar” keçiriləcək. ABŞ rəsmisi qeyd edib ki, Rusiyanın bu planı uğurlu olmaya bilər.

Ukrayna Prezidenti Vladimir Zelenki də Rusiyanın ölkənin şərqində “referendum”a hazırlaşdığını bildirib.

Ötən ayın əvvəlində Kiyev vilayətindən geri çəkilərək qüvvələrini Ukraynanın şərqində - Donbasda cəmləşdirən Rusiya bölgədə irimiqyaslı hücuma keçib. Bölgədə qarşıdurmanın şiddətləndiyi vaxtda Rusiya strateji əhəmiyyətə malik Mariupol şəhərini nəzarətə götürdüyünü iddia edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru