AFR hakimiyyəti əhaliyə ərzaq və dərman ehtiyatı toplamağı tövsiyə edib
4-05-2022, 08:36
AFR DİN başçısı Nensi Fezer Ukraynadakı münaqişə fonunda almanlara evlərində ərzaq və dərman ehtiyatı yaratmağı tövsiyə edib - fövqəladə situasiya halı üçün.
«Əgər elektrik uzun müddətə kəsilərsə və ya gündəlik həyat başqa cür məhdudlaşarsa, istənilən halda ağıllı iş olar ki, insanlar evlərində fövqəladə ərzaq ehtiyatı toplasınlar» - nazir «Handelsblatt» qəzetinə bəyan edib.
Fezer qeyd edib ki, dövlətin mülki müdafiə tədbirləri də təkcə texniki məsələləri yox, həm də ərzaq, dərman və tibbi materialı əhatə etməlidir. Nazir vətəndaşlara tövsiyə edib ki, onlar əhalinin müdafiəsi üzrə federal idarənin siyahısına müraciət etsinlər. Bu siyahı FH üçün ərzaq toplusunu nəzərdə tutur - bir nəfərin 10 gün ərzində istehlakına hesablanmış toplu.
Siyahıya daxildir: 20 litr su, 3,5 kiloqram yarma, çörək, makaron məmulatı, düyü və kartof, 4 kiloqram tərəvəz, 2,5 kiloqram meyvə və qoz, 2,6 litr süd və süd məhsulu. Bundan başqa, 10 günlük ehtiyata 1,5 kiloqram ət, balıq, yumurta və ya yumurta unu, 357 qram yağ və piy və hər kəsin zövqünə uyğun digər ərzaqlar, məsələn, bal və ya şokolad.