ABŞ-da Rusiya ilə razıdırlar ki, nüvə müharibəsində qalib ola bilməz.
TASS-ın xəbər verdiyi kimi, bu barədə jurnalistlər üçün brifinqdə Ağ Evin mətbuat katibi Cen Psaki bəyan edib. Ətraflı
Onun sözlərinə görə, ABŞ Prezidenti Co Bayden əvvəlki kimi Amerika ordusunu Ukraynaya göndərməyə hazırlaşmır. «Mən, qeyd edərdim ki, Prezidentin baxışları və mövqeyi əvvəlki kimi, belədir: Biz, ABŞ ordusunu orada yerləşdirmirik ki, müharibədə iştirak etsin. Və biz, bunu amerikalılara təkrar etməkdə davam edəcəyik» - Psaki qeyd edib.
«Mən deyərdim ki, rusiyalıların özləri uzun illər boyu, o cümlədən ötən il aydın anlatdılar ki, nüvə müharibəsində qalib gəlmək mümkün deyil. Biz, bununla razıyıq. Və hər bir ölkə üçün bunu elan etmək vacibdir - hər bir seçilmiş Amerika lideri üçün də» - Psaki qeyd edib.