Blinken Çini demokratik normalara təcavüz etməkdə ittiham edib 4-05-2022, 10:48 ABŞ dövlət katibi Entoni Blinken Çinin hibrid müharibəsində Tayvanın ön sıralarda olduğunu iddia edir.APA xəbər verir kİ, jurnalistlər üçün keçirdiyi brifinqdə çıxış edən dövlət katibi Pekini tənqid edib.O Çini dünyada söz azadlığına və demokratik normalara təcavüz etməkdə ittiham edib.“Tayvan sözün əsl mənasında Çinin hibrid müharibəsində, o cümlədən dezinformasiyada və kiberhücumlarda ön sıralardadır”,- deyə Blinken bildirib. Facebook-da paylaş