Rusların hücum üçün üçüncü cəhdi

4-05-2022, 09:15           
Rusların hücum üçün üçüncü cəhdi
Hazırda Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı hücumunun ikinci silsiləsi davam edir. Təbii ki, bu gün rus ordusunun azalıb və ya tükəndiyini söyləmək bir az sadəlövhlük olardı. Ona görə də rusların tezliklə hücumun üçüncü dövrəsinə başlayacaqları da istisna edilmir. Hətta buna onların ciddi hazırlaşdıqları da deyilir.

Bizim ehtimallara görə, bu may ayının ikinci yarısında başlaya bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Aleksey Aretoviç bildirib.

Müşavirin sözlərinə görə, bu gün Rusiya ordusu paslı, bədbəxt, zəif təlim keçmiş olsa da, lakin o, harasa hücum etməyə çalışacaq.

“...Hər şey bizim qüvvələrə və vasitələrə nə qədər qənaət etməyimizdən və Qərbin yardımının necə getməsindən asılıdır”. Bunu da müşavir deyib.

Maraqlıdır ki, Aretoviç əmindir: “...Putin rejimi Rusiyanın müharibəyə yararlı və hücum etmək qabiliyyətinə malik fiziki əhalisi bitənə qədər hücum erməyə çalışacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru