Rusiya jurnalist Aleksandr Nevzorovu axtarışa verib

4-05-2022, 15:19           
Rusiya jurnalist Aleksandr Nevzorovu axtarışa verib
Rusiya Daxili İşlər Nazirliyi jurnalist Aleksandr Nevzorovu axtarışa verib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə məlumat Rusiya DİN-nin məlumat bazasında yerləşdirilib.

"3 avqust 1958-ci il təvəllüdlü Nevzorov Aleksandr Qleboviç Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”, - məlumat bazasında bildirilib.

Qeyd edək ki, Rusiya Federasiyasının İstintaq Komitəsi Nevzorova qarşı Rusiya Silahlı Qüvvələrinin fəaliyyəti barədə qəsdən yalan məlumat yaydığına görə cinayət işi açıb. İstintaqın məlumatına görə, jurnalist martın 9-da İnstaqram şəbəkəsində və martın 19-da YouTube-da Rusiya Silahlı Qüvvələri Mariupol şəhərindəki doğum evini atəşə tutması barədə qəsdən yalan məlumat yayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru