Ukrayna və Rusiya mayın 5-7-də atəşkəsə dair razılığa gəliblər

5-05-2022, 08:08           
Ukrayna və Rusiya mayın 5-7-də atəşkəsə dair razılığa gəliblər
Ukrayna və Rusiya Azovstal ərazisində mayın 5-dən 7-dək atəşkəs rejiminin yaradılması barədə razılığa gəliblər.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini - müvəqqəti işğal olunmuş Ukrayna ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk "RBC-Ukraina"ya deyib.

Onun sözlərinə görə, Mariupolun müdafiəçiləri bu vaxtdan mülki əhalini və ərazini təxliyəyə hazırlamaq üçün istifadə edəcək.

Nazirin sözlərinə görə, Ukrayna tərəfi yaralı əsgərlərin siyahısını verib, lakin onların çıxarılması ilə bağlı hələlik razılaşmaq mümkün olmayıb.

Vereşukun qeyd etdiyi kimi, təxliyə yalnız davamlı atəşkəs nəticəsində mümkündür və bununla əlaqədar o, razılaşmaların nəticə verəcəyinə ümid edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru