Belarusda çevik-hərəkət qüvvələrinin “döyüş həyacanı”na hazırlığı yoxlanılır - FOTO

5-05-2022, 10:43           
Belarusda çevik-hərəkət qüvvələrinin “döyüş həyacanı”na hazırlığı yoxlanılır - FOTO
Belarus ordusunda gözlənilmədən çevik-hərəkət qüvvələrinin yoxlanılmasına başlanılıb.

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

“Belarusiya Silahlı Qüvvələrində gözlənilmədən çevik-hərəkət qüvvələrinin yoxlanılması əməliyyatlarına başlanılıb. Yoxlama müddətində hərbi hissə və bölmələr döyüş həyəcan siqnalı verilməsi və döyüş hazırlığına gətirilməsi, təyin olunmuş ərazilərə yürüş edilməsi və döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilməsi məsələlərini işləyib hazırlamalıdırlar”, – deyə nazirliyin məlumatında bildirilir.

Qeyd olunur ki, “yoxlamanın məqsədi şəxsi heyətin mümkün böhran vəziyyətlərinə operativ reaksiya vermə hazırlığını və bacarığını qiymətləndirməkdir”.

“Hərbi hissələr və bölmələr sürətlə dəyişən mühitdə tanış olmayan ərazilərdə fəaliyyət göstərəcək”, – deyə vurğulanır.

Çərşənbə axşamı Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko telefonla Donbasda davam edən hərbi əməliyyatlar kontekstində vəziyyəti müzakirə ediblər.



Mənbə: Rambler.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru