Vatikanda qadınlarla bağlı 500 illik qayda dəyişir

5-05-2022, 10:37           
Vatikanda qadınlarla bağlı 500 illik qayda dəyişir
Vatikan qvardiyasının təsis edildiyi 1506-cı ildən ilk dəfə qayda dəyişir.

Lent.az-ın “Le Matin” saytına istinadla xəbərinə görə, Qvardiyada xidmətə qadınların qəbul edilməsi qərara alınıb.

Artıq Vatikanın dövlət katibi və İsveçrə rəsmiləri arasında artıq anlaşma imzalanıb. Yeni tikiləcək kazarma qadınların istifadəsi üçün nəzərdə tutulub.

İsveçrə fondları köhnə kazarmanın yerinə yenisinin inşası üçün 45 milyon frank vəsait ayırıb. Tikintisinə 2026-da başlanacaq binada inşaat işləri 1 il ərzində yekunlaşacaq. İsveçrə tərəfinin mətbuata açıqlamasına görə, qadınlıarın qvardiyaya cəlb edilməsi birbaşa Vatikan rəhbərliyinin qərarıdır.

Qeyd edək ki, papa Fransisk artıq bir neçə əhəmiyyətli posta qadınları təyin edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru