İsveçdə NATO-ya üzvlüklə bağlı fikir ayrılığı yaranıb

6-05-2022, 09:43           
İsveçdə NATO-ya üzvlüklə bağlı fikir ayrılığı yaranıb
İsveçdə hakim Sosial Demokrat Partiyasının (SSKF) qadın qanadının ölkənin NATO-ya mümkün daxil olma variantına qarşı mövqeyi ilə bağlı siyasi fikir ayrılığı yaranıb. Bu barədə partiya lideri, iqlim və ətraf mühit naziri Annika Strandhell bildirib.

Bu barədə “Svenska Dagbladet” məlumat verib.

“Qadınlar Qolunun Şurası Konqresimizin qərarlarına riayət etmək qərarına gəlib ki, bu qərarlara əsasən, İsveç hərbi baxımdan bloklara qoşulmamalı və NATO-dan kənarda olmalıdır”, - deyə siyasətçi bildirib.

Strandhell vurğulayıb ki, onun fraksiyası sülh və tərksilah uğrunda uzun tarixə malikdir.

Daha əvvəl məlum olmuşdu ki, İsveç mayın 15-də NATO-ya üzv olmaq barədə qərar verəcək. Ehtimal olunur ki, bu gün ölkənin hakim Sosial Demokrat Partiyası Şimali Atlantika Alyansına üzvlük məsələsi ilə bağlı əlavə iclas keçirməyi planlaşdırır.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru