ABŞ Ermənistanın sabiq nazirinin korrupsiya sxeminə məxsus malikanəni müsadirə edir

6-05-2022, 09:15           
ABŞ Ermənistanın sabiq nazirinin korrupsiya sxeminə məxsus malikanəni müsadirə edir
ABŞ Ermənistanın sabiq nazirinin korrupsiya sxeminə məxsus malikanəni müsadirə etmək istəyir.

Bu barədə “Report” ABŞ-ın Ədliyyə Departamentinə istinadən xəbər verir.

Bazar ertəsi ABŞ-ın Kaliforniya Mərkəzi Dairə Məhkəməsinə verilən şikayətdə Birləşmiş Ştatlar ədliyyəçiləri iddia edir ki, iş adamı Sedrak Arustamyan Ermənistanın keçmiş yüksək vəzifəli dövlət məmuru Qaqik Xaçatryan və onun ailəsinə sərfəli vergi rejimi müqabilində 20 milyon dollardan çox rüşvət verib. Rüşvət ödənişləri “Holmby Hills” əmlakını almaq üçün istifadə edilib və bu yaxınlarda 63 500 000 dollara satışa çıxarılıb.

Qeyd edək ki, Qaqik Xaçatryan və oğulları Ermənistanın Cinayət Məcəlləsini pozaraq rüşvət almaqda ittiham olunurlar. Xaçatryan əhəmiyyətli vəzifələrinə görə “super nazir” kimi tanınır. O, 2008-2014-cü illərdə Dövlət Gəlirləri Komitəsinin sədri, 2014-cü ildən 2016-cı ilə qədər isə maliyyə naziri vəzifələrində çalışıb. Sabiq məmur 2019-cu ilin 30 avqustunda həbs edilib. O, külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. Xaçatryan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın (2008-2018-ci illər) komandasının əsas siyasi fiqurlarından olub.

Ermənistanda Arustamyana da qarşı rüşvət maddəsi üzrə cinayət işi qaldırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru