“Biz neft və qaza görə Azərbaycandan asılıyıq” - GÜRCÜSTAN PREZİDENTİ

6-05-2022, 14:09           
“Biz neft və qaza görə Azərbaycandan asılıyıq” - GÜRCÜSTAN PREZİDENTİ
“Gürcüstanın Rusiyadan enerji asılılığı kifayət qədər aşağıdır, çünki biz qaz və neft baxımından əsasən Azərbaycandan, elektrik enerjisi baxımından isə Türkiyədən asılıyıq”.

Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Fransanın “Paris Match” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Gürcüstanın Rusiyaya müəyyən müqavimət göstərmək qabiliyyəti var: “Lakin Rusiya sərhədyanı dövlətdir, onun cənub hissəsində çox mühüm hərbi bazaları, işğal olunmuş ərazilərdə, Ermənistan ərazisində də böyük bazaları var. Biz əhatələnmişik, lakin Gürcüstan müəyyən müqavimət göstərmək qabiliyyətinə malikdir, çünki biz 26 əsrdir bu strateji regiondayıq. Biz faktiki olaraq mövcud olan bütün imperiyalar tərəfindən fəth edilmişik. Rusiya iki əsrdə dörd dəfə Gürcüstanı işğal edib”./report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru