ABŞ-ın Moskvadakı səfirliyi amerikalıları kütləvi tədbirlərə getməməyə çağırıb
7-05-2022, 08:42
ABŞ-ın Rusiyadakı səfirliyi Amerika vətəndaşlarını Qələbə Günü münasibətilə Moskvada keçirilən kütləvi tədbirlərdə iştirakdan çəkinməyə çağırıb.
Müvafiq mesaj cümə günü diplomatik missiyanın saytında dərc olunub.
Səfirlik ötən illərdə Moskvada 9 May münasibətilə tədbirlərin çox sayda polis qüvvələrinin müşayiəti ilə keçdiyinə diqqət çəkib. “Davam edən gərginliyi nəzərə alaraq ABŞ vətəndaşları böyük ictimai yığıncaqlardan çəkinməlidirlər”, – deyə bəyanatda qeyd edilir.
Diplomatik missiya amerikalılara ayıq-sayıq olmağı, özləri ilə şəxsiyyət vəsiqəsi daşımağı, həmçinin gözlənilməz hallar zamanı hərəkət planını nəzərdən keçirməyi tövsiyə edib.//Oxu.az