Saakaşvili xəstəxanaya yerləşdirildi

9-05-2022, 08:28           
Saakaşvili xəstəxanaya yerləşdirildi
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili xəstəxanaya yerləşdirilib.

Sfera.az xəbər verir ki, bu barədə "Mtavari” telekanalı məlumat yayıb.

Keçmiş prezident Rustavi şəhərində saxlanıldığı cəzaçəkmə müəssisəsindən Tbilisidəki Respublika xəstəxanasına köçürülüb.

Xatırladaq ki, Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana gizli yolla daxil olub və oktyabrın 1-də Tbilisidə həbs edilib. Eks-prezident Rustavi şəhərindəki 12 saylı həbsxanada saxlanılır. Onun sağlamlıq durumunun ağır olduğu və çətinliklə yeridiyi bildirilib.

Gürcüstanın ədliyyə naziri Rati Breqadze bu yaxınlarda siyasətçinin lazımı müalicə və dərmanlarla təmin olunduğunu deyib. O, keçmiş prezidentin səhhəti ilə bağlı Ədliyyə Nazirliyi və Penitensiar Xidmətə qarşı böhtan kampaniyasının aparıldığını söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru