Səudiyyə Ərəbistanı neft qiymətlərini aşağı salır

9-05-2022, 08:53           
Səudiyyə Ərəbistanı neft qiymətlərini aşağı salır
Səudiyyə dövlətinin nəzarətində olan “Saudi Aramco” şirkəti iyun ayında Asiyaya tədarük edəcəyi “Arab Light” markalı xam neftin qiymətini 9,35 dollardan 4,40 dollara endirib.

Bu barədə Bloomberg məlumat yayıb.

Bundan əlavə, Avropanın şimal-qərbi və demək olar ki, bütün Aralıq dənizi ölkələri üçün də qiymətlər aşağı salınıb.

Yalnız ABŞ üçün qiymətlər may ayı səviyyəsində qalıb.

Qeyd edək ki, endirim qərarı Çində yeni COVID tədbirləri və Rusiya neftinə qoyulan embarqo fonunda qəbul olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru