NATO Moldovanı da silahlandıra bilər NATO müttəfiqləri təkcə Ukraynanın deyil, Moldovanın da alyansın standartlarına uyğun silahlanması məsələsini müzakirə edirlər. Buta.ws xəbər verir ki, bu açıqlama ilə Böyük Britaniya xarici işlər naziri Liz Trass çıxış edib.
“Moldovanın NATO standartlarına uyğun təchiz olunmasını istərdim. Biz müttəfiqlərimizlə müvafiq müzakirələr aparırıq”, - Trass qeyd edib.