Solovyov QƏZƏBLƏNDİ: "Medvedçuku "Azov"la dəyişmək? Mümkün deyil!" - VİDEO
22-05-2022, 00:06
Təbliğatçı Solovyov Medvedçukun “Azov” alayının döyüşçüləri ilə dəyişdirilməsi ideyasından qəzəblənib.
KONKRET.az xəbər verir ki, LDPR-in yeni rəhbəri Leonid Slutski Moskvanın Medvedçukun “Azov”la dəyişdirilməsi məsələsini araşdırdığını deyib.
“Biz Medvedçukun “Azov”a dəyişdirilməsinin mümkünlüyü məsələsini araşdıracağıq. LDPR yox, Moskvada belə səlahiyyətlərə malik olan insanlar var”, – Slutski “İnterfaks”a müsahibəsində bildirib.
Bundan sonra Solovyov qəzəblənərək ona çox kəskin müraciət edib.
“Mənim Slutskidən çox böyük xahişim var: bu mövzuda daha heç nə danışmayın. Medvedçuku “Azov”a dəyişək? Hansısa ukraynalını “Azov”a dəyişək? Bizim 400 əsgərimiz Ukraynada əsirlikdədir. Bizimkilər hamısı azad olunmalıdır. Cinayətkarları dəyişmək? Bu, mümkün deyil. Xalq bunu bizə bağışlamaz”, – Solovyov hiddətlənib.