“PKK-nın terrorçu təşkilat kimi tanınmasını dəstəkləyirik” - İsveçin baş naziri

22-05-2022, 08:28           
“PKK-nın terrorçu təşkilat kimi tanınmasını dəstəkləyirik” -
İsveçin baş naziri Maqdalena Andersson Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbətindən sonra açıqlamalar verib.

Türkiyə ilə ikitərəfli əlaqələrin gücləndirilməsini səbirsizliklə gözlədiklərini ifadə edən Andersson, PKK-nın terrorçu təşkilatlar siyahısına salınmasını açıq şəkildə dəstəklədiklərini bildirib.

“İsveçin beynəlxalq terrorla mübarizəni alqışladığını vurğuladım. Bu mübarizədə PKK-nın terrorçu təşkilatlar siyahısında olmasını açıq şəkildə dəstəklədiyimi bildirdim”, - deyə hökumət başçısı SVT dövlət televiziyasının efirində bəyan edib.

O, həmçinin “Twitter” hesabında “Türkiyə prezidenti Ərdoğan ilə İsveçin NATO-ya üzvlüyü ilə bağlı bugünkü görüşü yüksək qiymətləndiririk. Sülh, təhlükəsizlik və terrorla mübarizə də daxil olmaqla ikitərəfli əlaqələrimizi gücləndirməyi səbirsizliklə gözləyirik”, - yazıb.

Mənbə: “Haber Global”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru