İran “Apple” telefonlarının idxalına qadağa qoyub

23-05-2022, 08:35           
İran “Apple” telefonlarının idxalına qadağa qoyub
İranda “Apple” markalı telefonların idxalını qadağan edilib.

APA-nın Tehran bürosunun məlumatına görə, ötən gecədən etibarən “Apple” şirkətinin mobil telefonları sifarişi mümkün olmayan mallar qrupuna daxil
Mobil telefon idxalçıları bu gündən etibarən “iPhone” sifarişi ilə bağlı məhdudiyyətlərə məruz qaldıqlarını və bu telefon üçün sifariş verə bilmədiklərini deyirlər.

Qeyd edək ki, son həftələr “Apple” məhsullarının İrana idxalına qadağa qoyulacağı ilə bağlı xəbərlər yayılırdı.

İranın sənaye və ticarət naziri bu yaxınlarda prezidentə 2021-ci ildə “Apple” şirkətinin 1 milyard dollarlıq məhsulunun idxalına icazə verildiyini bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru