Avstriya rusiyalıların 254 milyon avro məbləğində aktivlərini dondurub

23-05-2022, 09:08           
Avstriya rusiyalıların 254 milyon avro məbləğində aktivlərini dondurub
Avstriya Avropanın Rusiyaya qarşı sanksiyaları fonunda rusların 97 hesabdakı 254 milyon avro məbləğində aktivlərini dondurub. “Report”un məlumatına görə, bu barədə ORF telekanalı kansler ofisinin sənədlərinə istinadən xəbər verib.

Telekanalın məlumatına görə, Rusiya aktivlərinin axtarışını Daxili İşlər Nazirliyi yanında Dövlət Təhlükəsizliyi və Kəşfiyyat İdarəsinin tərkibindəki işçi qrup digər idarələrlə birlikdə həyata keçirir.

Mayın sonunda bu cür aktivlərin axtarışını asanlaşdırmaq üçün yeni hesabat sistemi istifadəyə veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru