Rusiyanın gözü yolda... – Qida sammitinə dəvət gecikir

24-05-2022, 19:47           
Rusiyanın gözü yolda... – Qida sammitinə dəvət gecikir
“Avropa İttifaqı ölkələrinin iyun ayında Misirdə keçirməyi planlaşdırdığı Ərzaq sammitinə Rusiya hələ də dəvət almayıb”.

Lent.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu məsələ ilə bağlı dəvət olunmağımızdan xəbərim yoxdur”, deyə Peskov əlavə edib.

Uşaqlar arasında yayılan TƏHLÜKƏLİ virusla bağlı YENİ XƏBƏR

Kremlin sözçüsü xatırladıb ki, Rusiya beynəlxalq taxıl və ərzaq bazarında çox böyük oyunçu olmaqla yanaşı, bir sıra ölkələr üçün əsas təchizatçıdır:

“Bilirik ki, indi bütün dünya qeyri-qanuni məhdudiyyətlər səbəbindən çox böhran dövrünə qədəm qoyub.

Təbii ki, hesab edirik ki, bu mövzu (ərzaq təhlükəsizliyi –red.) mümkün qədər geniş müzakirə olunmalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru