"Taliban"la Rusiya arasında şok anlaşma – PUTİN İCAZƏ VERDİ

15-06-2022, 12:53           
"Taliban"la Rusiya arasında şok anlaşma – PUTİN İCAZƏ VERDİ
Rusiya Prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov Taliban hökumətinin tanınması ehtimalının olduğunu açıqlayıb.

Qafqaz.media teleqraf.com-a istinadən xəbər verir ki, Rusiya rəsmisi Talibanın ticarət naziri müavininin Moskvaya səfər edəcəyini bildirib.

Əfqanıstanın bəzi məhsulların alınması üçün Rusiyaya müraciət etdiyini söyləyən Kabulov Putinin Əfqanıstan üçün taxılın ayrılmasına icazə verdiyini vurğulayıb.

Rusiyanın Taliban hökumətini tanıması ehtimalını dəyərləndirən Kabulov qeyd edib:

“Belə bir ehtimal var. Bunun şərtlərini həm Rusiya prezidenti, həm də xarici işlər naziri müəyyən edib. Bu istiqamətdə atılacaq ilk addım hərtərəfli və effektli siyasi hökumətin yaradılmasıdır. Biz bunu əfqan tərəfdaşlarımıza açıq demişik. Bu baş verəndə ciddi danışıqlara zəmin yaranacaq”.

Kabulov vurğulayıb ki, Taliban Rusiya ilə əməkdaşlıq etməyə və qəbul edilmiş beynəlxalq qaydalara uyğun işləməyə hazırdır: “Onlar Əfqanıstan kontekstində Rusiyanın əsas narahatlığını başa düşürlər. Bu narahatlıqlara beynəlxalq terrorizm və narkotiklərin istehsalı daxildir”.

O, Rusiyanın Talibana münasibətdə ABŞ-ın yolunu getməyəcəyini söyləyib.

Rusiya rəsmisi Talibanın Orta Asiya ölkələri üçün təhlükə yaratmadığını bildirib:

“Taliban Əfqanıstandan qaçan bütün Qərb ölkələrindən fərqli olaraq təkcə Rusiyanın deyil, digər ölkələrin də düşməni olan İŞİD terror təşkilatı ilə həqiqətən mübarizə aparır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru