Ukrayna rəhbərliyinə qarşı sui-qəsdin qarşısı alındı

16-06-2022, 00:15           
Ukrayna rəhbərliyinə qarşı sui-qəsdin qarşısı alındı
Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ölkə rəhbərliyinə qarşı hazırlanan terror aktının qarşısını alıblar.

Bu barədə Ukrayna daxili işlər nazirinin müavini Yevgeni Yenin məlumat verib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları mülki əhalidən müxtəlif şübhəli şəxslər haqqında məlumat alır və bu, əks-təxribat fəaliyyətinin həyata keçirilməsinə kömək edir.

“Və məhz əməliyyat mənbələrimizdən alınan məlumatlar sayəsində biz dövlətimizin rəhbərliyinə qarşı terror aktının qarşısını ala bildik. Qələbədən sonra isə bu barədə daha çox şey söyləmək olar”, - deyə Yenin bildirib.

Xatırladaq ki, bir müddət öncə “The Times” nəşri Rusiyanın genişmiqyaslı hərbi müdaxilənin başlamasından sonra Ukrayna prezidenti Volodimir Zelenskiyə üç sui-qəsd cəhdindən bəhs edib.

Mənbə: rbc.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru