Çin: "Yadplanetlilərə aid siqnallar aşkarlanıb"

16-06-2022, 12:18           
Çin: "Yadplanetlilərə aid siqnallar aşkarlanıb"
Çində yerləşən və dünyanın ən böyük radioteleskopu olan "FAST" yerdənkənar sivilizasiyalara aid siqnalları qeydə alıb. Astronomların fikrincə, bu yadplanetlilərin mövcuduğunu göstərən ciddi sübut sayıla bilər. Çin mətbuatı yazır ki, əvvəllər də bu barədə məqalə yazılıb və o Çin Xalq Respublikasının Elm və Texnologiya Nazirliyinin rəsmi nəşri olan “Keji ribao”da dərc olunub. Lakin sonra qəzet materialı öz saytından yığışdırıb.

Məqalədə Çinin Yerdənkənar Sivilizasiya Araşdırma Qrupunun rəhbəri, professor Çjan Tunzenin fikirlərindən sitat gətirilir.

Onun sözlərinə görə, 2020-ci ildə 2019-cu ildə FAST radioteleskopundan istifadə etməklə əldə edilən məlumatların təhlili aparılıb. Bu zaman “yerdən kənar sivilizasiyadan gələ biləcəyi” ehtimal edilən iki növ şübhəli siqnal aşkar edilib. 2022-ci ildə isə tədqiqat qrupu ekzoplanetlərdən birini müşahidə edərkən daha bir “şübhəli” siqnal aşkarlayıblar.

Qeyd edək ki, nəhəng radioteleskop olan FAST-ın yaradılması təşəbbüsü hələ 1994-cü ildə Çin mütəxəssisləri tərəfindən irəli sürülüb.

Sahəsi 30 futbol meydançasına bərabər olan teleskopun tikintisinə 2011-ci ilin martında başlanılıb. FAST 2016-cı ilin sentyabrında Quyçjou əyalətinin Qiannan Bui Miao Muxtar Prefekturasının Pinqtanq şəhərinin ucqar dağlıq ərazisində istifadəyə verilib.
O. 1,2 milyard yuana (180 milyon dollar-red.) başa gəlib və bu günə qədər Çinin ən bahalı astronomiya layihəsidir.
Azvision.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru