Baş katib: "Madriddə keçiriləcək zirvə toplantısı NATO-nu dəyişəcək"

17-06-2022, 00:09           
Baş katib: "Madriddə keçiriləcək zirvə toplantısı NATO-nu dəyişəcək"
"İyunun sonunda Madriddə keçiriləcək zirvə toplantısı NATO-nu dəyişəcək”.

Teref.az "Report"a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən NATO müdafiə nazirləri konfransının ikinci gününün açılışında bildirib.

"NATO-dakı müttəfiqlərimiz Ukraynanın Rusiyaya qarşı mübarizəsində uzun yolu qət etməyə hazırdır. Madriddə NATO-nu transformasiya edəcək sammitimiz olacaq. Bu toplantıda biz müdafiə və çəkindirmə, modernləşdirmə ilə bağlı mühüm qərarlar qəbul edəcək, "Strateji Kompas”ı təsdiqləyəcəyik. Asiyalı tərəfdaşlarımız, habelə Finlandiya və İsveçlə də təmaslarımız olacaq”, - Baş katib qeyd edib.

Onun sözlərinə görə, sammitdə müdafiə xərclərinin artırlmasına dair qərar qəbul olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru