“Kiyevin məğlubiyyəti Aİ və NATO-nun tam iflası demək olacaq” - Moravetski qəzəblənib

17-06-2022, 08:11           
“Kiyevin məğlubiyyəti Aİ və NATO-nun tam iflası demək olacaq” -
Ukraynanın məğlubiyyəti Avropa İttifaqının və Şimali Atlantika Alyansının tam iflası demək olacaq.

Bu barədə Polşanın Baş naziri Mateuş Moravetski bəyan edib.

«Biz, təsəvvür edə bilərikmi ki, Ukrayna uduzur və biz «adi olduğu kimi biznesə» qayıdırıq? Mən, ümid edirəm ki, yox. Bu ssenari Aİ üçün tam iflas və fəlakət, bizim dəyərlərimizin, NATO-nun iflası demək olacaq» - o, NATO ölkələri hökumət başçılarının görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında deyib (Haaqa).

Moravetski Avropa ittifaqı ölkələrini və NATO-nu təcili olaraq, Kiyevə çoxlu letal silahlar verməyə çağırıb.

«Biz, kifayət qədər etmişik və edirik ki, Ukraynanı müdafiə edək, Ukrayna xalqını suverenliyini və azadlığını müdafiə etməkdə dəstəkləyək. Ona görə də mən, sizi çağırıram ki, Ukraynaya daha çox silah, artilleriya verək. Onların buna ehtiyacı var ki, öz ölkələrini, ərazi bütövlüklərini müdafiə etsinlər» - Polşa hökumətinin başçısı deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru