Britaniya Ukraynaya 20-dən çox özüyeriyən artilleriya qurğusu verəcək

17-06-2022, 08:35           
Britaniya Ukraynaya 20-dən çox özüyeriyən artilleriya qurğusu verəcək
Böyük Britaniya Ukrayna üçün Belçikadan 20-dən çox özüyeriyən artilleriya qurğusu alıb.

"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşündən sonra deyib.

"Belçikanın silah şirkətindən 20-dən çox M109 silahı alınıb. 155 mm-lik özüyeriyən silahlar təmirdən sonra Ukraynaya çatdırılacaq", - Uolles vurğulayıb.

O qeyd edib ki, indi bəzi yerlərdə Rusiya artilleriyaya görə Ukraynanı dəfələrlə üstələyir.

Eyni zamanda, nazir bildirib ki, müttəfiqlər Ukraynaya müharibədə qalib gələ bilmək üçün kifayət qədər silah verirlər.

“Düşünürəm ki, ukraynalıların yaxın bir neçə həftə ərzində ölkənin şərqində əhəmiyyətli irəliləyiş əldə etmək, hətta Odessa kimi yerləri qorumaq imkanı var və olacaq”, - Uolles əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru