Mark Milli Rusiya ilə bağlı statistikanı açıqladı: Kreml müharibədə nə qədər zirehli texnika itirib? 17-06-2022, 09:24 Ukraynanın tammiqyaslı işğalı başlayandan bu yana Rusiya ordusu sərəncamında olan zirehli texnikanın 20-30%-ni itirib.Bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli bildirib.“Bu, əhəmiyyətli itkidir, çox böyük rəqəmdir”, - deyə Milli qeyd edib.O bildirib ki, müharibədə qələbə rəqəmlərlə deyil, onların düzgün tətbiqi ilə təmin olunur.Mənbə: Nv.ua Facebook-da paylaş