Rusiya Baltikyanı ölkələr və Finlandiya üçün təhlükə yaratmır.
Axar.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.
“Bu səbəbdən Finlandiya və İsveçin NATO üzvlüyü Avropa qitəsi üçün əlavə fayda gətirməyəcək. Tam əksinə, daha çox gərginliyə səbəb olacaq”, - deyə o bildirib.