ÜST meymunçiçəyi ilə bağlı beynəlxalq səviyyədə fövqəladə vəziyyəti elan olunmasını yoxlayacaq

23-06-2022, 13:27           
ÜST meymunçiçəyi ilə bağlı beynəlxalq səviyyədə fövqəladə vəziyyəti elan olunmasını yoxlayacaq
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar komitəsi bu gün meymunçiçəyi virusunun yayılmasını beynəlxalq səviyyəli səhiyyə fövqəladə vəziyyəti elan edilməsi məsələsini müzakirə edəcək.

AZƏRTAC xəbər verir ki, meymunçiçəyinin son həftələrdə indiyədək rastlanmayan təxminən 30 ölkədə yayılması beynəlxalq qurum tərəfindən “qeyri-adi və narahatedici“ gedişat kimi dəyərləndirilib və komitənin növbədənkənar iclası çağırılıb.

Beynəlxalq qurumun epidemioloji vəziyyətlə bağlı qaydalarına görə, digər ölkələrə də sirayət edən “ciddi, qəfil, qeyri-adi və əvvəlcədən proqnozlaşdırıla bilməyən“ səhiyyə problemləri “beynəlxalq səviyyədə narahatlıq doğuran səhiyyə fövqəladə vəziyyəti” kimi dəyərləndirilir.

Komitə müvafiq qərar qəbul edərsə, bu zaman bir sıra beynəlxalq tədbirlərin görülməsi lazım gələcək.

Elgün Niftəli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru