Ukraynadan şok iddia: Putinin bu qədər ömrü qalıb

27-06-2022, 12:57           
Ukraynadan şok iddia:
Rusiya Prezidenti Vladimir Putinin sağlamlıq durumu ilə bağlı Kiyevdən müzakirələrə səbəb olan iddialar səsləndirilib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatının rəisi, general-mayor Kirilo O.Budanov danışıb. Onun sözlərinə görə, Ukrayna rəsmiləri Putinin ağır xəstəlikdən əziyyət çəkəcəyini və iki il ərzində öləcəyini gözləyirlər.
Digər tərəfdən ötən gün sosial mediada əks olunan görüntülərdə Putini daşıyan konvoyun gecə saatlarında Kremlə daxil olduğu görülüb.

Qısa müddətdə viral olan görüntülərlə bağlı danışan Kremlin sözçüsü Dmitri Peskov "hər şeyin normal olduğunu" deyib.

Qeyd edək ki, bundan əvvəl İngiltərənin “Mirror” qəzeti Rusiya liderinin maksimum 3 il ömrü qaldığını iddia etmişdi. Mənbənin adı təhlükəsizlik baxımından gizli saxlanılsa da, Putinin də xəstəliyi səbəbindən görmə qabiliyyəti ciddi şəkildə aşağı düşdüyü qeyd edilir.
Son vaxtlar Vladimir Putinin səhhəti ilə bağlı bir çox iddialar arasında parkinson və xərçəng xəstəlikləri ön plana çıxıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.